Varlığa nə darlıq

17 Mart 2023 09:40 Sabah 342
Varlığa nə darlıq

Bu yay avrokubokları «Sabah»la açacağıq.

Premyer Liqanın ən azından gümüş medalı onlarlıqdır.

«Neftçi»nin Murad Musayevin komandasını haqlamasına və keçməsi riyazi cəhətdən mümkündür, amma…

Bunun reallığa çevrilməsi az inandırıcıdır.

«Sabah»ın heyətinə görə liqanın ən güclü 3 klubundan biridir. Musayevin bəxti gətirib ki, rəhbərlik ona səviyyəli ayaqlar alıb.

Yarımmüdafiə və hücum xəttində güclü rəqabətin olması ciddi avantajdır. «Zirə» ilə qarşılaşmanın taleyini də iki komandanın oyunçuları arasında fərdi ustalıqın uçurumu müəyyənləşdirdi.

«Zirə»də olmayan futbolçular «Sabah»da var və bu, Murad Musayevə imkan verir ki, ürəyindən keçənləri meydanda görsün.

Rusiyalı çalışdırıcı çox işi düz aparır. Varlığa nə darlıq, heyət genişdir və o, istədiyi vaxt rotasiya etmək imkanına malikdir.

Mənə bir şey çatmır, qoy, deyim: Amin Seydiyevdə nə görüb, bilmirəm də.

Fikrimcə, o hazırda istənilən formada deyil. İstər hücum, istərsə də müdafiə planında çatışmazlıqları var.

Hətta ilk hissədə qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoya bilərdi. Həmin epizodda baş hakim Fərid Hacıyev sarı vərəqə ilə kifayətlənsə də, sabah avroplalı hakimlərin qərarı daha sərt ola bilər.

"Sabah" kimi komandada əsas heyətin daimi üzvü olmaq çox çətindir. Amma "Sabah"ın məşqçilər korpusu Aminə güvənir, ona mütəmadi olaraq əsas heyətdə yer verir.

Məhz bu səbəbdən, Amin məşqçilər korpusunun ona olan inamını doğrultmaq üçün öz üzərində daim çalışmalı, avrokuboklara qədər öz nöqsanlarını aradan qaldırmalıdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti