"Buradan ayrılmaq planımız yoxdur, yayılan xəbərlər əsassızdır"

16 Yanvar 2023 16:00 Sabah 567
"Buradan ayrılmaq planımız yoxdur, yayılan xəbərlər əsassızdır"

«Biz buna hazırlaşmırıq, yayılan xəbərlər əsassızdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

O, əsas komandanın gələn ay Masazırdan Bakıya – «ASK Arena»ya köçəcəyi və ev oyunlarını burada keçirəcəyi yönündə informasiyaları təkzib edib:

«Bilirsiz ki, «Sabah» Premyer Liqada çıxış etməyə başladığı vaxtdan Masazırda oynayıb. Biz bu qəsəbədə oynamağa öyrəşmişik.

Azarkeşlərimizin sayı da, özünüz görürsüz ki, tədricən artmaqdadır. Buradan ayrılmaq planımız yoxdur.

«ASK Arena»da akademiyamızın bir neçə yaş qrupu məşq keçir. Masazır stadionunda hər cür şərait mövcuddur.

İstər baş məşqçimiz Murad Musayev, istərsə də futbolçularımız bundan məmnundur».

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!