Azərbaycan klubunda gözlənilən transfer niyə gecikir? - AÇIQLAMA

16 Yanvar 2023 19:40 Sabah 1 183
Azərbaycan klubunda gözlənilən transfer niyə gecikir? - AÇIQLAMA

“Sabah” qış fasiləsindəki “transfer bazarı”nda hələ də aktivlik göstərmir.

Komanda hələ heç bir yeni futbolçunu heyətinə qatmayıb.

Halbuki, ötən ilin son günlərində qapıçı Aleksandır Neçayaevlə yollar ayrılanda yeni əcnəbi qapıçının transferi an məsələsi olduğu ehtimal olunurdu.

Ən azından qış fasiləsinin ilk günlərində yeni qolkiper transferi gözlənilən idi. Ancaq yerinə davam edən susqunluq görürük.

Hazırda heyətdə 3 qolkiper – Yusif İmanov, Nicat Mehbalıyev və Rüstəm Samiqullin var.

Və hər biri çox gəncdir. Təsəvvür edin ki, aralarında daha təcrübəli olanı 22 yaşlı Nicatdır.

Əsas qapıçı Yusifin isə cəmi 20 yaşı var.

Düzdü, komandanın belə gənclərə şans tanıması alqışlanası haldır.

Ancaq, avrokuboklara gedəcək komandanın bu mövqedə bir təcrübəli simaya ehtiyacı olması da reallıqdır.

Bəs, o zaman Masazır təmsilçisi nəyi gözləyir? Ümumiyyətlə, qapı mövqeyinə yeni transfer axtarışı aparılırmı?

Sualımıza cavab olaraq komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi:

“Hazırda komandamızda Yusif İmanov, Nicat Mehbalıyev və Rüstəm Samiqullin kimi istedadlı, gənc və perspektivli qapıçılar var.

Ümumiyyətlə, transfer məsələlərinə gəldikdə isə, hər hansı mövqeyə transfer edilsə bu barədə rəsmi saytımız və sosial şəbəkə hesablarımız vasitəsilə ictimaiyyətə məlumat veriləcək. Bu, təkcə qapıçı möqeyinə yox, istənilən transferə aiddir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti