Azərbaycan klubundan diqqətçəkən addım - FOTO

15 Yanvar 2023 20:40 Sabah 477
Azərbaycan klubundan diqqətçəkən addım - FOTO

Azərbaycan Premyer Liqasında bu mövsüm uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah”ın qış təlim-məşq toplanışı Antalyada davam edir.

Murad Musayevin rəhbərlik etdiyi komanda artıq 8 gündü qardaş ölkədədir.

Masazır təmsilçisi hətta bir yoxlama oyunu da keçirib.

Yanvarın 12-də Polşanın “Varta” (Poznan) klubu ilə qarşılaşan təmsilçimiz 90 dəqiqənin sonunda bərabərliklə yaddda qalıb.

Oyundan lentə alınmış fotolara göz gəzdirərkən isə bir məqam xüsusi diqqət çəkib.

Belə ki, oyundan öncə tərəflərin salamlaşmasından sonra ənənəvi olaraq kapitanlar bir-birinə məxsus olduqları klubların vımpellərin təqdim ediblər.

Bu zaman “Sabah”ın kapitanı Elvin Camalovun rəqibə təqdim etdiyi vımpeldə yalnız klubun loqosu yox, həm də Azərbaycan bayrağının yer alması görünüb.

Kiçik araşdırmadan sonra məlum oldu ki, Bakı klubu bu addımı yalnız əcnəbi klublarla oyunlarda atır.

Daxili yarışlarda isə klub atributunun hər iki üzündə də komandanın loqosu yer alır.

Hər halda, ilk baxışdan xırda məsələ kimi görünə bilər, amma ölkənin təqdimatı baxımından "Sabah" klubunun bu addımı alqışa layiqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"