"Sanki yeni ildə ilk oyunu keçirmirdik" - Kristian Da Silva

15 Yanvar 2023 19:00 Sabah 506
"Sanki yeni ildə ilk oyunu keçirmirdik" - Kristian Da Silva

“Təlim-məşq toplanışı çox yaxşı gedir.

Burada hazırlıq üçün hər cür şərait var, hər şey yüksək səviyyədədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Antalyada toplanışda olan “Sabah”ın yarımmüdafiəçisi Kristian Da Silva deyib.

Masazır təmsilçisi qardaş ölkədə baş tutan hazırlığı çərçivəsində ilk oyununu "Varta"na (Poznan) qarşı keçirdi.

Murad Musayevin yetirmələri bütün görüş ərzində üstün tərəf olsa da, çox saylı qol epizodları yaratsa da sonda bərabərliyə razılşamalı oldu - 1:1.

Braziliyalı legioner heç-heçəyə rəğmən, ilk yoxlama görüşü haqqında müsbət fikirlər dilə gətirib:

“Məncə, ilk oyunumuz çox yaxşı keçdi. Sanki komanda yeni ildə ilk oyununu keçirmirdi.

Meydanda rəqibə pressinq edir, qol vəziyyətləri yaradır, qol vurur, bir-birimizə kömək edirdik.

Fikrimcə, komandamız bərabərliyə baxmayaraq, polşalılarla görüşdə yaxşı təsir bağışladı”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti