“Sabah”da hamı can qoyur” - Bu adamı Antalyada nə valeh edib?

14 Yanvar 2023 21:20 Sabah 653
“Sabah”da hamı can qoyur” - Bu adamı Antalyada nə valeh edib?

Azərbaycanda havaların kəskin şəkildə dəyişməsi, qarlı, şaxtalı keçməsi indi daha çox Premyer Liqa klublarının baş məşqçilərini sevindirir.

Nə mənada?

Məsələn, hazırda ölkədə olsaydılar, məşqlər və yoldaşlıq oyunları təxirə salınacaq və ya hazırlıq istənilən səviyyədə keçməyəcəkdi.

Antalyada isə əsl yaz havasıdır. Həm işlər plana uyğun gedir, həm də əhval-ruhiyyə qaydasındadır.

“Sabah”ın futbolçuları da Türkiyənin kurort şəhərində onlar üçün yaradılan şəraitdən məmnundur.

Premyer Liqamızın ən yaxşı cinah müdafiəçilərindən olan Boyan Letiç Sportinfo.az-a açıqlamasında Antalyadakı durumdan söz açıb:

“Buranın havası əladır. Əsl futbol havasıdır. Bu cür hava şəraiti şəxsən mənim xoşuma gəlir.

Bizim üçün yaradılan şəraitdən tam razı olduğumu deməliyəm. Hamı bir nəfər kimi məşqlərdə can qoyur. İnanıram ki, bu hazırlığın bəhrəsini mövsümün ikinci yarısında görəcəyik”.

30 yaşlı bosniyalı legioner cari mövsümdə “Sabah”ın Premyer Liqada və Azərbaycan kubokunda keçirdiyi 21 oyunun hamısında meydanda olub, 4 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti