"Sabah" legionerini Premyer Liqanın debütantına icarəyə verir?

14 Yanvar 2023 11:40 Sabah 1 186
"Sabah" legionerini Premyer Liqanın debütantına icarəyə verir?

"Sabah"ın müdafiəçisi Hiqor Qabriel mövsümün ikinci hissəsinə "Turan Tovuz"da başlaya bilər.

Braziliyalı legioner kollektivlə birlikdə Antalyaya yollansa da, Murad Musayev onun xidmətində maraqlı görünmür.

Baş məşqçi cari sezonun ilk yarısını "Dinamo"da (Minsk) keçirmiş «sambaçı»nin yenidən icarəyə verilməsini istəyib. Bu baxımdan, Premyer Liqanın debütantı onu əldə etməyə ən yaxın iddialıdır.

Arxa xətdə oyunçu azlığı ilə üzləşmiş qərb təmsilçisi üçün Hiqor əsl tapıntıdır. Danışıqlar baş tutsa, ona görə çox xərcə düşməyəcəklər.

«Sabah» cənubi amerikalının əməkhaqqısının əsas hissəsini ödəməyə hazırdır. Niyə də yox? İki klub arasında yaxşı münasibətlər mövcuddur.

Masazırlılar mövsümün əvvəlində 3 futbolçusunu - Şakir Seyidov, Veysəl Rzayev və Abbas Ağazadəni «Turan»a təmənnasız icarəyə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti