"Nərd oyununda belə, qalib gəlmək istəyirəm" - Murad Musayev

13 Yanvar 2023 09:20 Sabah 553
"Nərd oyununda belə, qalib gəlmək istəyirəm" - Murad Musayev

"Nərd oyununda belə, qalib gəlmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının yutub kanalına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, futbolçu qələbə qazanmaq istəmirsə, gedib başqa idman növü ilə məşğul olsun:

"Mən yoxlama oyunu ilə rəsmi qarşılaşma arasında fərq görmürəm. Düzdür, bu cür görüşlərdə uduzmaq olar, amma konsentrasiyanı itirməməliyik".

O, oyunun məzmunu və keyfiyyətindən razı qaldığını söyləyib:

"Matça nəzarət edir, qol fürsətləri yaradır, rəqibi təzyiq altında saxlayırdıq. İlin ilk oyunu nəzərə alsaq, yaxşı təsir bağışladıq.

Görüşün sonlarını nəzərə almasaq, hər şeydən razı qaldım. Futbolu qalib gəlmək üçün oynayırıq.

Nəzarət 90 dəqiqə sənin tərəfində olursa, matçın sonlarında belə oynamamalısan. Qalan hər şey yaxşı idi".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı