“Sabah”da yaxşı nəticə qazanmaq, avrokuboklarda özümü göstərmək istəyirəm"

12 Yanvar 2023 20:40 Sabah 470
“Sabah”da yaxşı nəticə qazanmaq, avrokuboklarda özümü göstərmək istəyirəm"

“Premyer Liqanın ikinci yarısına hazır olduğumu düşünürəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Boyan Letiç deyib.

Azərbaycanda ikinci mövsümünü keçirən bosniyalı müdafiəçi Premyer Liqanın növbəti yarsını səbirsizliklə gözlədiyini bildirib:

“Antalyada məşqlərimiz yaxşı gedir. Qarşıda bizi yoldaşlıq görüşləri və çempionat oyunları gözləyir.

Rəsmi oyunların başlayacağı günü səbrsizliklə gözləyirəm. Etiraf edim ki, istirahətdən sonra özümü əla hiss edirəm.

“Sabah”da yaxşı nəticə qazanmaq və avrokuboklarda özümü göstərmək istəyirəm. Düşünürəm ki, bunun üçün yaxşı şansımız var”.

Digər Xəbərlər
Xəbər Lenti