Azərbaycanda işləyən baş məşqçiyə Rusiya klublarından təklif gəldi

10 Yanvar 2023 22:40 Sabah 1 318
Azərbaycanda işləyən baş məşqçiyə Rusiya klublarından təklif gəldi

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb.

Sportinfo.az xəbər verir ki, bunu 40 yaşlı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib.

Ancaq Musayev mövsümün sonuna qədər Azərbaycan klubunda qalmaq qərarına gəldiyini söyləyib:

“Bu mövsüm Rusiya Premyer Liqasının ilk “8-liy”ində qərarlaşan güclü komandalardan maraqlı təkliflər aldım. Amma komandamdan ayrıla bilmədim, başladığım işi bitirmək istəyirəm.

Mövsümün ortasında getməyim düzgün olmazdı. Çətin seçim idi, qaldım. Bu mövsümü başa vurub, problemi həll etmək istəyirəm”.

Murad Musayevin “Sabah”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti