“Sabah”ın legioneri: “Əla oldu, “batareyalarım”ı tam doldurdum"

10 Yanvar 2023 20:00 Sabah 556
“Sabah”ın legioneri: “Əla oldu, “batareyalarım”ı tam doldurdum"

“Qış fasiləsini əla keçirdim.

İstirahəti evdə, ailəmlə etməyə üstünlük verdim”.

“Sabah”ın Serbiyadan olan müdafiəçisi Boyan Letiç Sportinfo.az-a açıqlamasında çempionatda yaranmış fasilə barədə danışıb.

Premyer Liqanın qızğın çağında məşqçi və futbolçular istirahət dönəmini səbrsizliklə gözləyir. Hər halda ilboyu eyni tempdə davam etmək, yüklənməyə dözmək asan deyil.

Letiç fürsətdən yararlanaraq çempionatın ikinci yarısı üçün lazımınca güc yığdığını deyib, mübarizəyə davam etməyə hazır olduğunu dilə gətirib:

“Ailəmin və sevdiklərimin yanında olmaq mənim üçün ən ideal istirahət növüdür. Fasilə dönəmində mövsümün ikinci yarısı üçün “batareyalarım”ı tam doldurdum" (gülür).

Çempionatımızın ən yaxşı sol cinah müdafiəçilərindən, bəlkə də ən yaxşısı olan olan 30 yaşlı futbolçu cari mövsümdə “Sabah”ın Premyer Liqada və Azərbaycan kubokunda keçirdiyi 21 oyunun hamısında meydanda olub, 4 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!