“Sabah”ın baş məşqçisinin Türkiyədə üzü gülür

7 Yanvar 2023 23:00 Sabah 932
“Sabah”ın baş məşqçisinin Türkiyədə üzü gülür

Premyer Liqanın təəccübləndirməkdə olan komandası “Sabah” Türkiyəyə yola düşüb.

Baş məşqçi Murad Musayevin rəhbərliyi altında Bakıda bir araya gələn “tələbələr” bu gün səhər saatlarında Antalyaya yola düşüb və günorta saatlarında Beleye çatıb.

“Sabah”ın rusiyalı çalışdırıcısı qış təlim-məşq toplanışına xoş əhval-ruhiyyədə yollanıb. Buna səbəb sərəncamındakı futbolçuların hamısının istirahətdən gümrah qayıtmasıdır.

Qısası, bu gün kollektivdə zədəli və xəstə futbolçular yoxdur ki, çempionatın ikinci yarısı üçün nəzərdə tutulmuş hazırlıq prosesi tam tərkibdə davam edəcək.

7-19 yanvar aralığında Antalyada məskunlaşacaq “tələbələr” bu müddətdə 2 yoldaşlıq görüşü keçirəcək. Yanvarın 12-dəki rəqibin adı Polşa “Varta”sı (Poznan), 18-də isə Serbiya “Voyvodina”sıdır.

Musayevin rəhbərlik etdiyi kollektiv yanvarın 19-da Bakıya qayıdacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti