Ortaya "Neftçi"nin adı gəldi, "ciddi əhəmiyyəti yoxdur" söylədi

2 Yanvar 2023 18:00 Sabah 2 040
Ortaya "Neftçi"nin adı gəldi, "ciddi əhəmiyyəti yoxdur" söylədi

«Məncə, hansı komanda ilə nə vaxt oynamağın ciddi əhəmiyyəti yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın yarımmüdafiəçisi Elvin Camalov deyib.

Masazır təmsilçisi qış fasiləsindən sonra Premyer Liqada ilk oyunu "Neftçi"yə qarşı keçirəcək. Bunu üstünlük hesab edə bilərik, yoxsa əksinə?

Camalovu dinləyək: «Onsuz da, bütün rəqiblərlə çempionatın sonuna kimi oynayacağıq.

Digər oyunlarda olduğu kimi, bu matçda da qalib gəlmək uçün əlimizdən gələni edəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü