“Bir-iki futbolçu ala da bilərik, heç kimi transfer etməyə də bilərik”

1 Yanvar 2023 01:00 Sabah 476
“Bir-iki futbolçu ala da bilərik, heç kimi transfer etməyə də bilərik”

“Qış fasiləsində bir və ya iki futbolçu ilə güclənə bilərik”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a “Sabah”ın baş məşqçisi Murad Musayev qış dönəmindəki transfer fəaliyyətləri barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis heyətdə ciddi dəyişiklik olunmayacağını, ümumiyyətlə, transfer etməmək ehtimalının olduğunu da vurğulayıb:

“Komandada kifayət qədər oyun təcrübəsi qazana bilməyən bəzi gənc futbolçularımızın başqa klublara icarəyə göndərilməsi ehtimalı var.

Transfer məsələsinə gəldikdə, bizim üçün çox vacibdir ki, kluba yeni gələcək futbolçular hazırda heyətdə olanlardan daha güclü olsunlar.

Böyük dəyişikliklər nəzərdə tutulmayıb. Heç bir transfer həyata keçirilməyə də bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"