Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını dedi

31 Dekabr 2022 00:40 Sabah 1 347
Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını dedi

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Krasnodar”ın sabiq çalışdırıcısı “report”a müsahibəsində “Qarabağ”, “Neftçi” və “Sabah”ın oyunçularını fərqləndirib.

39 yaşlı mütəxəssis Azərbaycan millisinin 10 üzvünün qonşu ölkədə çıxış etmək iqtidarında olduğunu düşünür:

“Subyektiv fikrimi bildirəcəyəm. Rusiya Premyer Liqasında yerli futbolçulardan Elvin Cəfərquliyev, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Bədavi Hüseynov, Emin Mahmudov, Eddi İsrafilov, Aleksey İsayev, Elvin Camalov və Namik Ələskərov oynaya bilərlər.

Heç kimin xətrinə dəymək istəməzdim, ola bilər ki, bəzi oyunçuları qeyd etməyi unutdum.

Ancaq onu deyə bilərəm ki, Azərbaycanda Rusiya Premyer Liqasında çıxış edə biləcək bir çox futbolçu var.

Bundan əlavə, Azərbaycanda oynayan legioner futbolçular da var ki, onlar Rusiya Premyer Liqası klublarını gücləndirəcək səviyyədədirlər”.

O, Azərbaycan klublarının Rusiyadan oyunçu transfer etmələrinin çətin olduğunu sözlərinə əlavə edib:

“Burada maliyyə amili böyük rol oynayır. Rusiya Premyer Liqası klublarında maaşlar Azərbaycan klublarındakından daha yüksəkdir.

Eyni səviyyəli futbolçunu İspaniya, Portuqaliya kimi ölkələrin aşağı liqalarında və ya başqa ölkələrin çempionatlarında axtarmağa cəhd etmək olar.

Məncə, ən başlıca səbəb budur”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!