"Sığortalanmamışıq"

30 Dekabr 2022 21:00 Sabah 375
"Sığortalanmamışıq"

Premyer Liqada çempionluq mübarizəsinə qoşulan «Sabah» gözlənilmədən ölkə kubokunda mübarizəni dayandırdı.

¼ final mərhələsində «Səbail»lə qarşılaşan Masaxır təmsilçisi hər iki görüşdə uduzu – 2:3 və 0:1.

Bu yarışdakı uğursuzluğun səbəbini nə ilə əlaqələndirmək olar? Komandanın yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a deyib:

”Birinci oyunun ilk dəqiqələrində azlıqda qalmağımız həmin matçda məğlub olmağımızda əsas rol oynadı. Düzdür, oyunun sonlarında iki qol vuraraq, mərhələnin taleyini cavab oyununa saxlamağı bacardıq.

Təəssüf ki, cavab oyununda əldə etdiyimiz qol fürsətlərindən yararlanaraq, üstünlüyü təmin edə bilmədik. Futbolda bu cür hallar olur və heç bir komanda bundan sığortalanmayıb.

Amma artıq bu oyunları unutmuşuq. Yeni ildən sonrakı qarşılaşmalara köklənməliyik. “Sumqayıt”la oyunda olduğu kimi”.

Digər Xəbərlər
Xəbər Lenti