"Sabah" şəhid ailələrinə böyük ehtiram göstərdi - VİDEO

30 Dekabr 2022 13:20 Sabah 490
"Sabah" şəhid ailələrinə böyük ehtiram göstərdi - VİDEO

“Sabah” və titul sponsoru “Bank Respublika” Yeni il bayramı və həmrəylik günü ərəfəsində Masazırda məskunlaşmış şəhid ailələrini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, futbolçular, klubun və “Bank Respublika”nın nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına müxtəlif hədiyyələr təqdim edib, onlarla xatirə şəkil çəkdiriblər.

Görüş zamanı şəhid övladlarına atalarının qəhrəmanlıqları ilə daim fəxr etməli olduqları, onların Vətənimiz üçün etdiklərinin heç vaxt unudulmayacağı qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!