"Sabah"da çalışan işçilərdən tez-tez bəzi şeylər eşidirəm"

27 Dekabr 2022 02:20 Sabah 779
"Sabah"da çalışan işçilərdən tez-tez bəzi şeylər eşidirəm"

"Radniçki"nin (Serbiya) müdafiəçisi Filip İvanoviç sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 2 mövsüm "Sabah"da oynamış 30 yaşlı futbolçu bir sıra maraqlı məqamlara münasibət bildirib.

- "Radniçki"də işlərin necə gedir? Komandan çempionatda 8-ci pillədədir. Bu, sizin üçün uğurlu nəticə hesab edilir?
- Mövsümün ilk hissəsi klub üçün əla alındı. Təşkilati baxımdan klub yüksək səviyyədədir. Ambisiyalarımız pley-off zonasında qalmaqdır. Əgər avrokuboklara vəsiqə qazanmaq şansımız varsa, sona qədər mübarizə aparacağıq.

- Komandanın heyətində 17 oyuna çıxmısan. Demək olar ki, Azərbaycandakı karyeran səni daha güclü etdi?
- Mən digərləri kimi komandama tam töhfə vermək üçün hər şeyi edirəm. Klub mənə böyük hörmət göstərib. Mən də, onu hər məşqdə və oyunda bunu onlara qaytarmağa çalışıram. Azərbaycanda keçirdiyim vaxt məni daha da gücləndirdi, mənə çoxlu təcrübə qazandırdı.

- Son vaxtlar Azərbaycan klublarından təklif almısan? Maraqlıdır, olarsa, qayıtmaq istəyərsən, yoxsa sənin üçün “Partizan”, “Srvena Zvezda” kimi güclü klublara transfer daha maraqlıdır?
- Azərbaycandan konkret təklif almamışam. Amma "Sabah"da çalışan işçilərdən tez-tez bəzi şeylər eşidirəm... “Sabah”un üzvü olmasam da, özümü onlara bağlı hiss edirəm və həmişə bu klubun yanında olacam.

- Azərbaycan çempionatını, "Sabah"ı izləyirsən? Onlar qış fasiləsinə ikinci pillədə yollandılar. Amma kubokda çıxışlarını dayandırdılar....
- "Sabah" klubu böyüyür. Yaxşı baş məşqçinin rəhbərliyi altında keyfiyyətli oyunçularla gözəl və baxımlı oyun göstərirlər. Ambisiyaları böyükdür, amma bunların hamısı prosesdir. Klubun kuboklar qazanmağa başlaması an məsələsidir...

- Yeri gəlmişkən, "Radniçki"də komanda yoldaşların arasında Azərbaycanda oynamış digər serbiyalı Lazar Corceviç də da var. Onunla heç Azərbaycan futbolu haqda söhbət edirsiz, danışırsız? Daha çox nəyi xatırlayırsız?
- Ümumiyyətlə, mənim Azərbaycanda çıxış edən serblərlə hələ də əla münasibətlərim var. Onlar öz klublarında xoşbəxtdirlər. Mən 3 il Bakıda yaşamışam və oradan əldə etdiyim bütün təcrübələr gözəldir. Ailəm gözəl rəftara görə ölkənizə minnətdardır.

- Qış toplanışında Türkiyəyə yollanacaqsız. Oradakı rəqiblərinizdən biri “Zirə”dir. Yəqin ki, yenidən Azərbaycan klubuna qarşı oynamaq sənin üçün maraqlı olacaq?
- Düzdü, Türkiyədə hazırlaşacağıq. Bir neçə Serbiya klubu Azərbaycan komandası ilə oynayacaq. Təəssüf ki, biz oynamayacağıq. Amma “Sabah”dakı dostlarımı görmək üçün onların düşərgəsinə mütləq baş çəkəcəm.

Digər Xəbərlər
Xəbər Lenti