"Sabah" üçün ilk hadisə

25 Dekabr 2022 00:40 Sabah 374
"Sabah" üçün ilk hadisə

"Sabah" Premyer Liqanın XVIII turunda “Sumqayıt”ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, Bakı klubu səfərdə 6:0 hesabı ilə qalib gəlib.

Paytaxt təmsilçisi bununla da özünün dörd rekorduna imza atıb.

“Sabah” mövsümdə 13-cü qələbəsini qazanıb. Bu, klub tarixində ən yüksək göstəricidir. Bakılılar ötən mövsümü 12 qələbə ilə tamamlamışdı.

Paytaxt klubu cari mövsümdə 43 xal toplayıb. “Sabah” indiyədək çempionat ərzində bu qədər xal yığmamışdı. Ötən mövsüm komanda 28 oyunda 41 xal toplayıb.

“Sabah” tarixində ilk dəfə Premyer Liqa matçında 6 qol vurub. Bunadək iki görüşdə 5 dəfə fərqlənən komanda klub tarixinin rekordunu rəsmiləşdirib.

​Bu, həm də klub tarixində ən böyükhesablı qələbə olub. İndiyədək “Sabah”ın ən böyük qələbəsi “Kəpəz”lə cari mövsümün ev matçına təsadüf etmişdi – 5:0.

Digər Xəbərlər
Xəbər Lenti