Özü tribunada, telefonu əlində – Musayev həmişə orada qalsın?

24 Dekabr 2022 17:40 Sabah 466
Özü tribunada, telefonu əlində – Musayev həmişə orada qalsın?

Həftə «Sabah» üçün pis başlamışdı.

Kubokdan ələndilər.

Ən pis halda finala çıxması proqonozlaşdırılan «Sabah» ¼ final mərhələsində mübarizəni dayandırdı.

Ondan da əvvəl çempionatın 2 oyununu heç-heçə bitirmişdilər. Masazırda «Şamaxı», Gəncədə «Kəpəz»lə xalları yarı bölmüşdülər.

İçlərində nə hirs, nə qəzəb qalmışdısa, dünən hamısını «Sumqayıt»ın üzərinə tökdülər. Hər üslubda qol vurdular

. Hesabı erkən açıb dayanmadılar. Arxasını gətirdilər. Orta sahədə inseativi tamamilə götürüb, mərkəzdən və cinahlardan «Sumqayıt»ın arxasına keçdilər.

İstədiklərini də, istəmədiklərini də etdilər.

Gün «Sabah»ın günü. 6:0 Premyer Liqamız üçün spesifik hesab sayılmır. Bu kimi hesablar stadionlarımızın tablolarını nadir hallarda bəzəyir.

Dostlar zarafatla deyir ki, hakimlərə xoşdursa, Murad Musayevi tribunadan aşağı enməyə qoymasınlar, sarı vərəqə limitini doldurub texniki zonadan uzaq düşmüşdü deyə, komandası meydanda fırtına qopardı.

Amma yox, telefon rusiyalı baş məşqçinin əlindəydi, dəqiqəbaşı tribunadan aşağı - köməkçisinə zəng vurur, tez-tez boğazını arıtlayıb futbolçularına qışqırır, tapşırıqlarını verirdi.

Adam həmin adamdır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti