"Sabah"ın keçmişində olmayan hadisə - Ən böyük qazanc

24 Dekabr 2022 13:40 Sabah 644
"Sabah"ın keçmişində olmayan hadisə - Ən böyük qazanc

"Sabah" tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tarixi qalibiyyət "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XVIII tur oyununa təsadüf edib.

Paytaxt təmsilçisi səfərdə rəqibin qapısından 6 cavabsız top keçirib. Bakılılar daha öncə bir neçə dəfə 5:0 hesablı qələbəyə sevinsə də, ilk dəfə bir matçda 6 qol vurub.

"Sumqayıt"a qarşı oyunda Emmanuel Apeh, Aleksey Kaşuk, Coy Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov fərqləniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti