Kim inanardı ki… SUMQAYITDAN FOTOREPORTAJ

24 Dekabr 2022 09:00 Sabah 374
Kim inanardı ki… SUMQAYITDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün son matçında "Sabah" Sumqayıtda eyniadlı komandanı darmadağın edib - 6:0.

Hesabı 3-cü dəqiqədə Emmanuel Apeh açıb. 11 dəqiqə sonra Coy Lens Mikels fərqi artırıb. 28-ci dəqiqədə Aleksey Kaşuk rəqibi növbəti dəfə cəzalandırıb.

33-cü dəqiqədə Elvin Camalov 4-cü topu meydan sahiblərinin qapısından keçirib. 77-ci dəqiqədə Anatoli Nuriyev "gənclik şəhəri" təmsilçisini 5-ci dəfə məyus edib.

Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Davit Volkov qoyub.

Bu qələbə ilə xallarını 43-ə çatdıran "Sabah" qış fasiləsinə 2-ci pillədə yollanıb. 12 xalı olan "Sumqayıt" isə 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti