Darmadağınla qələbə qazanan komandanın "dərd"inə baxın hələ...

25 Dekabr 2022 23:40 Sabah 569
Darmadağınla qələbə qazanan komandanın "dərd"inə baxın hələ...

"Sumqayıt" qış fasiləsinə darmadağınla yollandı - 0:6.

"Sabah"la oyundan əvvəl heç kim belə hesab ağlına gətirməzdi. Heç qonaqların ən pozitivin azarkeşi də.

Nəzərə alaq ki, son həftələr "kimyaçılar"da "dirilmə" gözə dəyirdisə, "tələbələr" "qara zolaq"dan çıxmaq haqqında düşünürdü.

Hətta bu mənzərə ehtimal yaradırdı ki, Abasovun yetirmələri məğlubiyyətsizlik seriasın paytaxt klubu ilə oyunda da davam etdirəcək.

Amma "Kapital Bank Arena"da bütün proqnozlar alt-üst oldu.

Meydanda bir komanda vardı - "Sabah".

Yetirmələri tribunadan göstəriş aldıqları Murad Musayevin tapşırıqlarını qüsursuz icra etdilər.

Demək olar qonaqlarda hər şey alındı. Hər zövqdə hücum, müxtlif növ baxımlı qollar və.s.

"Sabah"a qış toplanışına yaxşı ab-havada getmək üçün qələbə lazım idi. Və o qələbə möhtəşəm alındı.

Yəqin ki, bununla futbolçuların üzərində olan ağırlıq azaldı. Hər birinə aramlıq hakim oldu.

İndi onlar fasilədə dincəlməkdən çox, toplanışda daha yaxşı hazırlaşıb, belə qələbələrin davamın fasilədən sonra da gətirmək barədə düşünəcəklər.

Bundan yaxşı fikir, bundan yaxşı "dərd"?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti