"Bu nəticəni gözləmirdik" - "Sabah"dan

23 Dekabr 2022 20:50 Sabah 489
"Bu nəticəni gözləmirdik" - "Sabah"dan

"Sabah" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra paytaxt təmsilçisinin məşqçisi Artur Olenin "CBC Sport" kanalının suallarını cavablandırıb:

- Uşaqları qələbə münasibətilə təbrik edirəm. Hamı yaxşı hazırlıqlı idi. Bu nəticəni gözləmirdik. Uşaqlar çox yaxşı döyüşdülər. Əvvəlki oyunlara nisbətən balaca dəyişiklik etmişdik.

- Dörd oyun idi, qalib gələ bilmirdiniz. Futbolçuları oyuna necə köklədiz?

- Digər oyunlardakı kimi. Əvvəlki matçları azlıqda oynamışdıq.

- Murad Musayev sizə nə deyirdi?

- Həmişə ünsiyyətdə olmalıyıq onunla. Baş məşqçi kimi oyunu idarə edirdi.

- Bu qələbə sizin üçün motivasiya olacaq?
- Mövsümün ilk yarısını belə hesabla qalib başa vurmaq çox xoşdur. Azarkeşlərimizi təbrik edirəm.

Digər Xəbərlər
Xəbər Lenti