Rusiyalı baş məşqçi yığmamızın futbolçusunun icarəyə verilməsinə RAZILAŞMADI

23 Dekabr 2022 15:00 Sabah 673
Rusiyalı baş məşqçi yığmamızın futbolçusunun icarəyə verilməsinə RAZILAŞMADI

"Şamaxı" daha bir yerli futbolçuya elçi düşüb.

Legioner olmadan yoluna davam etməyi planlaşdıran əyalət təmsilçisi yenə "Sabah"a üz tutub.

Bölgə klubu Abdula Xaybullayevi heyətinə qatmaq istəyib.

Lakin şamaxılıların ilk cəhdi uğursuz alınıb. Belə ki, «Sabah»ın baş məşqçisi Murad Musayev U-21 yığmamızda da forma geyinən yarımmüdafiəçini burax maqdan imtina edib.

Rusiyalı çalışdırıcı yeni ildən sonra ona daha çox şans verəcəyini bildirib.

Məlumat üçün bildirək ki, «Sabah»ın 3 futbolçusu hazırda icarə əsasında «Şamaxı»nın formasını geyinir. Kamran Quliyev, Arsen Ağcabəyov və Abdulla Rzayev mövsümün əvvəlindən bu komandanın sərəncamındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı