“Sabah”da dərd üstünə dərd gəlir – Bu dəfə 4 futbolçu və 2 məşqçi...

22 Dekabr 2022 19:40 Sabah 982
“Sabah”da dərd üstünə dərd gəlir – Bu dəfə 4 futbolçu və 2 məşqçi...

Sonuncu dəfə noyabrın 29-da səfərdə “Turan Tovuz”u çətinliklə məğlub edən (1:0) “Sabah” 4 oyundur qələbə üzünə həsrət qalıb.

Çempionatda “Şamaxı”ylə (1:1) “Kəpəz”in (2:2) müqavimətini qıra bilməyən “tələbələr” ölkə kubokunda “Səbail”ə hər iki matçda boyun əyib – 2:3, 0:1.

İndi isə növbədə 3 oyundur məğlub olmayan, son 2 dueldə qələbəyə sevinən “Sumqayıt”dır. Murad Musayevin yetirmələrinin “qara zolağa” düşməsi, çətin Sumqayıt səfərində oynayacağı azmış kimi, komandadakı itkilər vəziyyəti lap çətinləşdirib.

Namiq Ələsgərovun zədə səbəbindən görüşdə iştirak etməyəcəyi dəqiqdir. Daha 3 nəfər – Abdulaye Ba, Kristian Sebalyos və Ceyhun Nuriyev sarı və qırmızı vərəqələrə görə meydana çıxmaqdan məhrumdur.

Hələ bu harasıdır?

Komandanın baş məşqçisi Murad Musayevlə köməkçisi Vitali Kovalyov da texniki zonaya buraxılmayacaq. Hər ikisi tribunada əyləşməyə məcburdur.

Dekabrın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu 18:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!