Musayev kimlərin üstündən "qara xətt" çəkməlidir?

21 Dekabr 2022 14:00 Sabah 669
Musayev kimlərin üstündən "qara xətt" çəkməlidir?

Dörd həftədir ki, «Sabah» qələbənin nə olduğunu bilmir.

O nə olan şeydir, onu da unudublar.

Bütün bunlar «Qarabağ»la oyundan başladı. Çempionatın liderinə qarşı möhtəşəm futbol nümayiş etdirdilər, 90 dəqiqə pressinqdən əl çəkmədilər, çoxsaylı qol epizodları yaratdılar və özlərinə elə gəldi ki, artıq dünya onlarındır, nə istəsələr, həyata keçəcək.

Yemək masaya gəlməmiş doydular. Həmin o oyun «Sabah»ın bütün futbolçularını «boşaltdı».

Murad Musayev gözlənilməz enişi bir cümləylə doğru ifadə edib: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur".

Sıxıntılı oyunun tək səbəbi bundadır. Premyer Liqada son sıraya yuvarlanmış «Səbail»ə uduzub kubokla vaxtından əvvəl vidalaşmaq «Sabah»ın hər bir oyunçusunu utandırmalıdır.

Musayev də məyus olsunmu? «Qarabağ»ın tərk etdiyi turnirin kubokunu qazanmaq fürsətini qaçırdıqlarına görə, bəli.

Bu yarışimada ikinci elə bir iştirakçı yoxdur ki, «Sabah» öhdəsindən gələ bilməsin. Fürsəti qaçırdıqlarından dolayı, rusiyalı baş məşqçinin 2 gündür rahat yatmamasına, yuxusunu qaçırmasına əminəm.

Son həftələr futbolçularını Musayevə hərtərəfli tanıtdı. Kimin kim olmasını, xarakterini gördü. Qəti bildi ki, dar günün yolçuları kimdir. Bu da bir qazancdır. Yaxınlaşan qış fasiləsində kimləri «gözdən çıxarmaq» mənasında.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"