Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Səbail" adını növbəti raunda yazdırıb.
Görüşdəki yeganə qolu 73-cü dəqiqədə qonaqların hücumçusu Qoba Zakpa vurub.
"Dənizçilər" "ASK Arena"dakı ilk qarşılaşmada da rəqibini məğlub etmişdi - 3:2.
Beləliklə, iki görüşün nəticəsinə əsasən mərhələ adlayan Mahmud Qurbanovun baş məşqçi olduğu kollektiv yarımfinalda "Qəbələ"yə rəqib olub.

