Klublar həyacan içində - "Qəza"nın qisası baş tutacaqmı?

19 Dekabr 2022 16:00 Sabah 599
Klublar həyacan içində - "Qəza"nın qisası baş tutacaqmı?

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Maraqla gözlənilən qarşılaşmalardan biri Masazırda baş tutacaq. Burada "Sabah" "Səbail"lə qarşılaşacaq. İlk matçda Bayıl təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

Elə cavab görüşünə olan böyük marağın kökündə də bu nəticə dayanır.

"ASCO Arena"dakı qarşılaşmanın 12-ci dəqiqəsində Nicat Mehbalıyevin qırmızı vərəqə alması ilə şoka düşən "Sabah" davamında ardıcıl 3 qol buraxmışdı. "Tələbələr" hələ mövsüm ərzində belə "qəza"ya düşməmişdi.

Lakin meydandakı say azlığına rəğmən, oyundan qopmayan, böyük əzmkarlıq göstərən qonaqlar qollardan ikisinin əvəzini son dəqiqələrdə çıxmağı bacarmışdı. Final fitinə daha 10 dəqiqə qalsa, bəlkə də "Səbail"in məğlubiyyətinə şahidlik edə bilərdik.

Hesabın minimuma enməsi ilə bərabər, həm də Murad Musayevin yetirmələrinin son 15 dəqiqədəki oyunu göstərdi ki, indiki "Səbail" heç yarmcan "Sabah"la da bacara bilməz.

Yəqin ki, bu gün "Bank Respublika Arena"da buna əyani şahidlik edəcəyik.

Məlum zədəliləri kənara qoysaq, yalnız Elvin Camalovun itkisini qeyd etmək olar. Kapitan sarı kart cəzalısı olduğu üçün görüşü buraxacaq. Digər futbolçular rusiyalı mütəxəssisin sərəncamında olacaq.

İndi qalır, son 3 oyundakı şanssızlığı növbəti mərhələ ilə bərabər, həm də yaxşı qələbə və yaxşı oyunla unutdurmaq.

Buna həm də Bayıldakı "qəza"nın qisası da deyə bilərik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti