Paytaxt klubunu dəyərli xallardan məhrum edən kimlərdi? - SİYAHI

18 Dekabr 2022 19:40 Sabah 941
Paytaxt klubunu dəyərli xallardan məhrum edən kimlərdi? - SİYAHI

Son 3 oyundu "Sabah" qələbə üzünə həsrətdir.

Premyer Liqada "Şamaxı" (1:1) və "Kəpəz"lə (2:2) bərabərə qalan Masazır təmsilçisi ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Səbail"ə uduzub - 2:3.

"Qara zolaq"la bağlı bir çox məqamlar əvvəlki yazılarımızda geniş qeyd olunub.

Bu dəfə uğursuzluq sindromunun davam etməsinin daha bir halqasını sizə təqdim edirik.

Bu, intizamsızlıqla bağlı məsələdir.

Belə ki, hər üç uğursuz nəticə ilə başa çatan oyunda komanda meydanı azlıqda tərk edib.

"Şamaxı" ilə oyunda Kristian Sebalyos 24-cü dəqiqədə, "Səbail"lə matçda Nicat Mehbalıyev 12-ci dəqiqədə, "Kəpəz"lə səfər qarşılaşmasında isə Ceyhun Nuriyev 90-cı dəqiqə qırmızı vərəqəyə layiq görülüb.

"Sabah"ın mövsüm ərzində daha bir azlıqda qaldığı oyun isə "Qarabağ"a 4:3 məğlub olduğu qarşılaşma olub. Birinci dövrəyə təsadüf edən həmin görüşdə təcrübəli Abdulaye Ba 43-cü dəqiqədə meydandan qovulub.

"Tələbələr" arxada qalan 17 Premyer Liqa və 1 kuboku görüşlərindən 12-də qələbə qazanıb. Murad Musayevin bunu bacarmadığı digər 6 görüşdən 4-də komanda meydanda azlıqda qalıb.

Görün, intizamsızlıq komandanı nə qədər geri salıb. Əbəs deyil ki, "Şamaxı" ilə oyundan sonra haqqlı olaraq baş məşqçi itirdikləri xallara görə heç nədən qırmızı vərəqə alan ispaniyalı legioneri qınamışdı.

Düzdü, bu futboldur. Qırmızı vərəqələrin olması da futbol oyununun bir parçasıdır. Məsələn, Kristian Sebalyosun intizamsızlıq üzündən meydandan qovulmasımı çıxsaq, digərləri meydandakı mübarizə əsnasında bu taleni yaşayıblar.

Amma bütün bunlar da acı həqiqəti dəyişmir ki, əla mövsüm keçirən "Sabah" qırmızı vərəqələr ucubatından qızıla bərabər dəyərli xallarından məhrum olub.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti