“Sabah”ın qış planı – Biri “Varta”, biri də “Voyvodina”

17 Dekabr 2022 17:40 Sabah 536
“Sabah”ın qış planı – Biri “Varta”, biri də “Voyvodina”

“Sabah”ın qış fasiləsində keçəcəyi hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, komanda təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı 2023-cü il yanvarın 7-də başlayacaq.

Premyer Liqa iştirakçısı hazırlıq dönəmində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.

“Sabah” yanvarın 19-da Bakıya qayıdacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti