"Sabah" niyə düşüb?

16 Dekabr 2022 11:40 Sabah 590
"Sabah" niyə düşüb?

Keçən tur «Şamaxı» Masazırdan 1 xal apardı. «Kəpəz» də Gəncədə «Sabahdan» 1 xal götürdü.

Coy-Lens Mikels və Aleksey Kaşuk əla oyunçulardır, sadəcə, razılaşmaq gərəkdir ki, Murad Musayevin sərəncamında belələrinin sayı azdır.

Donetsk «Şaxtyor»undan icarəyə götürülən Kaşuk son dəqiqələrdə dəqiq baş zərbəsi endirməklə, hesabı 2:2 etdi. Amma komanda olaraq «Sabah» ev sahiblərindən üstün təsir bağışlamadı.

Son vaxtlar Abdullaye Banı çox təriflədik, o da belə - indi köks ötdürür. Seneqallı müdafiəçinin ağırlığı arxa xətti qoruyanlara ağırlıq gətirir. Təcrübəsini dilləndirmək əvəzinə.

Autsayderlərlə çempionat oyunlarının üstünə «Səbail»lə kubok qarşılaşmasını gəlsək, «Sabah» 3 həftədir ki, qələbəyə tamarzıdır.

Milad bayramına az qalmış bu cür halın yaşanması həm də yorğunluğun göstəricisidir.

«Sabah» ilk 13-14 turda pressinqi 90 dəqiqəyə yayırdı, hazırda isə bu təzyiqi və sürəti 20-25 dəqiqədən o yana keçirə bilmir.

Qırmızı vərəqələri də qeyd etməliyik. Son 3 oyunun hamısını 10 nəfərlə başa vurublar. Güc qalmayıb? Güc qalmayanda əsəblər tarıma çəkilir və «nəzarətdən çıxır».

Burada isə səbəb o deyil. «Sabah»ın əksər futbolçuları beyin olaraq vaxtından əvvəl qış istirahətinə çıxıb.

Kimisi xəyalən Dubayda dincəlir, kimisi Maldiv adalarında, kimisi Allah bilir harada!

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti