Dedi ki: “Beynimizdə nə baş verdiyinə baxmalıyıq” - FOTOREPORTAJ

16 Dekabr 2022 02:30 Sabah 492
Dedi ki: “Beynimizdə nə baş verdiyinə baxmalıyıq” - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kəpəz" "Sabah"ı qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə hesabı qonaqlar açıblar. 34-cü dəqiqədə Coy Lens Mikels başla dəqiq oynayıb. Bir dəqiqə sonra "Kəpəz"in heyətində Abdullahi Şuaybu tarazlığı bərpa edib.

20 yaşlı nigeriyalı yarımmüdafiəçi 73-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 88-ci dəqiqədə Aleksey Kaşuk "Sabah"ın ikinci qolunun müəllifi olub.

90+1-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ceyhun Nuriyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatıran Gəncə təmsilçisi 8-ci pilləyə yüksəlib. 40 xalla ikinci sırada olan paytaxt klubu lider "Qarabağ"dan 7 xal geri qalır.

"Gəncədən xalla qayıtmaq çox önəmli idi" - Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

39 yaşlı mütəxəssis rəqibin kompakt şəkildə müdafiə olunduğunu bildirib:

"Sıx müdafiəni yarmaq çətin idi. Daha çox asmalardan və ara ötürmələrindən istifadə etməli olurduq. Rəqib əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq".

Musayev komandanın son oyunlarda qırmızı vərəqələr almasına da toxunub:

"İlk "qırmızı"da intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bu gün isə ümumiyyətlə, vərəqə yox idi.

Top meydandan çıxmışdı. Yan xətt hakimi buna işarə edirdi. 4-cü hakim isə davam etməsini dedi.

Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi.

Fiziki durumdan çox beynimizdə nə baş verdiyinə baxmalıyıq. Fiziki durum pis olsaydı, son dəqiqələrdə qollar vurmazdıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti