“Sabah"da 2 hadisə, 1000 manat cərimə - AFFA-dan qərar

15 Dekabr 2022 23:20 Sabah 627
“Sabah"da 2 hadisə, 1000 manat cərimə - AFFA-dan qərar

AFFA İntizam Komitəsi "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 22 yaşlı qolkiperin "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.

Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərəmələnib.

"Turan Tovuz" isə Gəncədə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi 1/4 final oyununda analoji hala görə eyni məbləğdə cərimə ödəyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti