O qədər pul yoxdursa, belə bir iddiaya düşmək olarmı?

15 Dekabr 2022 14:00 Sabah 629
O qədər pul yoxdursa, belə bir iddiaya düşmək olarmı?

İstənilən komanda mövsüm ərzində enişli-yoxuşlu yollardan keçir.

Futbolun yazılmayan qanunları arasında bu da var.

Fərq eləməz, «Mançester Siti»dir o, ya «Real», ya «Bavariya». Məqsədi çempionluq olmayan komandanın sabit sezon keçirməsi isə ümumiyyətlə, qeyri-mümkündür.

Murad Musayev «Sabah»ın qızıl iddiası daşımadığını Gəncədə birbaşa söylədi. Rusiyalı baş məşqçidən gələn bu açıqlama niyəsə birmənalı qarşılanmadı.

Faktı deyib. Düz danışırsan, olursan pis. Diplomatik danışırsan, yenə olursan pis. Bu, elə bir mövzudur ki, «qızıl orta»sı yoxdur, üstündə dayanmağa da dəyməz.

İştah diş altındadır. Nə mümkündürsə, onu da etmək lazımdır. Musayevin sözlərindən anlaşılan budur ki, onun qarşısına qoyulan hədəf Premyer Liqada medalçılar sırasına düşmək və klubu ilk dəfə avrokuboklara daşımaqdır.

Əlbəttə, «Sabah»ın çempionluq savaşında «Qarabağ» və «Neftçi»yə qoşulması, hətta ikinciləri geridə qoyması gözəl mənzərədir, yarışa ciddi görkəm verir, rəqabəti artırır.

Murad Musayev zirvədə gözlərinin olmadığını etiraf edir, bu da o deməkdir ki, işlədiyi kollektivin hələ həmin səviyyəyə çatmamasının fərqindədir və zaman istəyir.

Bu, yalnız onunla həll olunası məsələ deyil, heyət güclənməlidir.

Heyətin güclənməsi də transfer büdcəsindən, onun artırılıb-artırılmamasından asılıdır.

Hansı ki, o pulla alınacaq yeni legionerlər komandanı planlaşdırılmayan (gözlənilməyən) xal itkilərindən sığortalamalıdır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti