"Kim dedi ki, biz çempionluq uğrunda mübarizə aparırıq?"

14 Dekabr 2022 17:10 Sabah 883
"Kim dedi ki, biz çempionluq uğrunda mübarizə aparırıq?"

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 17-ci turunun "Kəpəz"lə (2:2) matçı haqda danışıb.

- Oyun çətin keçdi. Çünki "Kəpəz" kompakt, sıx müdafidə olunurdu. Bu cür müdafiəni yarmaq çətin idi. Daha çox asmalardan və ara ötürmələrindən istifadə etməli olurduq. "Kəpəz" əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi.

- Son matçlarda xal itirisiniz. Komanda meydanda azlıqda qalır. Bu fiziki hazırlıqla bağlıdır?
- Bunun vərəqələrlə əlaqəsi nədir? İlk qırmızıda nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə tamamilə yox idi. Top meydandan çıxmışdı. Yan xətt hakimi buna işarə edirdi. Dördüncü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi. Fiziki durumdan çox başımızda nə baş verdiyinə baxmalıyıq. Fiziki durum pis olsaydı, son dəqiqələrdə qollar vurmazdıq.

- Adət etdiyimiz "Sabah"ı meydanda görmədik. Komandanı yaxşı kökləməmişdiz?
- Hər şeyin səbəbi var. Rəqibimiz sıx müdafiə olunurdu. Biz isə daha sürətli oynamağa məcbur idik. Daha tez keçidlər etməliydik. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi.

- Aleksey Kaşukun son matçlardakı performansı barədə fikriniz necədir? Sanki əvvəlki qədər deyil..
- Bugünkü matçda qol vurdu, assist etdi. Bu, azdır?

- Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, futbol da burada çox sevilir. Buradakı atmosferi bəyəndiniz?
- Bu cür stadionda oynamaq olmaz, insan həyatı üçün təhlükəlidir. Gəncənin mərkəzi çox gözəldir. Lisenziyalaşdırma üzrə mütəxəssis deyiləm, amma stadionla bağlı nəsə etmək lazımdır. Bu gün patlarlarımızı konteynrdə dəyişmişik. Müsbət hal meydanın ot örtüyüdür. Gəncədə futbol tarixi var. Amma nələrsə etmək lazımdır. Deyəsən, planları var.

- Mərkəz müdafiəçiləri sürətli oyunçulara qarşı çətinlik çəkir?
- Şuaybu yaxşı oyunçudur. Ona həddən artıq çox hörtmət etdik. Belə qollar buraxmamalıyıq. Səhvlərimizi analiz edəcəyik.

- Üç autsayder sayılan - "Səbail", "Şamaxı", "Kəpəz"lə oyunlarda xal itirmisiniz. Çempionluq uğrunda mübarizə aparan klub üçün çox deyil?
- Kim dedi ki, biz çempionluq uğrunda mübarizə aparırıq? Bunu, siz dediniz. "Sabah"da çxo futbolçu çempionluq uğrunda mübarizə aparacaq təcrübəyə sahib deyil. Klubun özü cavandır. Hələ ki, yeni-yeni düzəlir. Hər dəfə soruşurlar ki, "siz çempionluq uğrunda mübarizə aparırsınız?". Biz isə, cavabında xeyr, növbəti oyuna hazırlaşırıq deyirik. Futbolçular üçün bu, yeni çağırışdır. İndi ancaq məşqlər və oyunlar haqda düşünməliyik. Əldə etdiyimiz uğurlar intizamın və öz üzərimizdə işləməyin nəticəsi idi. İndi bu, bir az aşağı düşən kimi, bu cür hallar baş verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti