Azərbaycan millisinin və "Sabah"ln futbolçusu Namik Ələskərov əməliyyat olunub.
Masazır təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.
Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.

