“Sabah” 2 futbolçu ilə ayrılmağa hazırlaşır

9 Dekabr 2022 21:20 Sabah 3 076
“Sabah” 2 futbolçu ilə ayrılmağa hazırlaşır

Premyer Liqada işləri qaydasında gedən “Sabah” artıq indidən çempionatın ikinci yarısı üçün planlarını cızır.

Bu gün üçün qarşıda duran əsas məqsəd “təmizləmə işi”ni başa vurmaqdır.

Baş məşqçi Murad Musayev bu ayın sonuna qədər gərək duymadığı futbolçuların adını rəhbərliyə təqdim edəcək.

Sportinfo.az xəbər verir ki, siyahıdakılardan 2-sinin adı məlumdur. Bunlar İdris İnqilablı ilə Təbriz İsazadədir.

Rusiyalı çalışdırıcı gənclərin xidmətinə ehtiyac duymur. Üstəlik, “Sabah”ın əvəzedici komandası yoxdur ki, adları çəkilənlər orada oynamaqla oyun təcrübəsizliyindən əziyyət çəkməsin.

Təbrizlə müqavilənin müddəti bir neçə gündən sonra başa çatır. “Tələbələr” ucaboy yarımmüdafiəçi ilə yeni anlaşma imzalamayacaq.

İdris isə, çox güman, karyerasını “Turan Tovuz”da davam etdirəcək. Ayxan Abbasov hələ yaydan 21 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

Razılıq baş tutsa, İnqilablı çempionatın ikinci yarısını icarə əsasında bölgə təmsilçisində keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti