Belarusun "Dinamo" (Minsk) klubunda icarədə olan Hiqor Qabriel "Sabah"ın düşərgəsinə qayıdıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmdiov Sportinfo.az-a açıqlamasında məlumat verib.
Qabriel bu ilin fevralında “Sabah”a transfer olunmuşdu. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanmışdı.
Braziliyanın “Fluminense” klubunun yetirməsi olan mərkəz müdafiəçisi karyerası ərzində bu komanda ilə yanaşı, “Rio Branko” (Braziliya) klubunda da çıxış edib.
23 yaşlı oyunçu Belarus təmsilçisinin düşərgəsində olduğu 4 ayda 12 çempionat oyununda oynamaq fürsəti tapdı.
"Tələbələr"in onunla 2024-ün dekabrna kimi müqaviləsi var. Maraqlıdır, bəs, Cənubi Amerikadan olan legionerin bundan sonrakı taleyi necə olacaq? Qış toplanışında Qabriel də "Sabah"la ölkə xaricinə yollanacaqmı?
Klub rəsmisi bu suallara dəqiq aydınlıq gətirməkdə çətinlik çəkib: "Komanda ilə məşqlərə qoşulub. Hələki bizdədir".
XANOĞLAN

