
“Sabah”ın müdafiəçisi Amin Seydiyev ölkə xaricində çıxış edə bilər.
Millinin üzvünə Türkiyə klublarından maraq var.
Söhbət TFF Birinci Liqa təmsilçilərindən gedir.
Aminin “tələbələr”lə yaya kimi müqaviləsi var. Onun karyerasında ilk legioner həyatı yaşaması üçün klubunun da razılıq verməsi lazımdır.
“Qəbələ”nin yetirməsi olan 24 yaşlı futbolçu 2020-ci ildən “Sabah”da çıxış edir. O, bu mövsüm 15 oyunda 1 məhsuldar öğtürməylə yadda qalıb.
Seydiyev Azərbaycan millisinin heyətində 7 rəsmi oyunda meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ