Azərbaycan klubu "Venesiya”nın yarımmüdafiəçisini icarəyə götürür?

6 Dekabr 2022 00:40 Sabah 745
Azərbaycan klubu "Venesiya”nın yarımmüdafiəçisini icarəyə götürür?

"Venesiya”nın rusiyalı yarımmüdafiəçisi Denis Çerışev Azərbaycanda oynaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "eurostavka.ru" saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Sabah" 32 yaşlı vingeri transfer edə bilər. Sayta açıqlama verən azərbaycanlı agentlərdən biri belə deyib:

"Bu mövsüm "Sabah"dan geniş ehtiyat heyət tələb edir. Üstəlik, komanda bu mövsüm avrokuboklara vəsiqə qazanacaq.

Çerışev kimi oyunçular isə orada qızıla bərabərdir. “Sabah” "Venesiya"da yüksək maaş aldığına görə Çerışevi icarəyə götürə bilər”.

Denis Çerışev karyerası ərzində "Real", "Sevilya", "Valensiya" və "Vilyarreal"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!