"Azərbaycana gələndən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

5 Dekabr 2022 00:40 Sabah 593
"Azərbaycana gələndən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

"Buraya gəldikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın legioneri Coy Lens Mikels "transfermarkt" saytına müsahibəsində Bakı klubuna keçidi barədə danışarkən deyib.

Almaniyalı hücumameylli yarımmüdafiəçi bildirib ki, Azərbaycana yeni gələndə hoteldə qalırdı:

"Bakıda mənzilim və ətrafımda, demək olar ki, ingiliscə danışan yox idi. Burada Almaniya və ya Niderland ilə müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum".

28 yaşlı vinger sonradan hər şeyin dəyişdiyini və şərlərə uyğunlaşdığını etiraf edib. Təcrübəli oyunçu bunu ilk növbədə öz işinə peşəkar münasibəti ilə əlaqələndirib:

"Elə yaşdayam ki, öz hərəkətlərimi daha çox düşünürəm. Əvvəllər vaxtımın çox hissəsini "PlayStation"da keçirirdim, indi isə bərpa prosesi üçün daha çox idman zalında oluram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!