Azərbaycan çempionatında GÖZLƏNİLMƏZ HADİSƏ - VİDEO+FOTOREPORTAJ

4 Dekabr 2022 00:30 Sabah 629
Azərbaycan çempionatında GÖZLƏNİLMƏZ HADİSƏ - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında “Sabah” “Şamaxı”nı qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıblar. Qarşılaşmanın 2-ci dəqiqəsində Kristian Sebalyos erkən qolla “Sabah”ı hesabda önə çıxarıb.

Lakin ispaniyalı futbolçu 25-ci dəqiqədə rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Görüşün 75-ci dəqiqəsində meydandakı futbolçuların sayı bərabərləşib. Bu dəfə “Şamaxı”nın müdafiəçisi Elçin Mustafayev rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

“Şamaxı” 88-ci dəqiqədə məğlubiyyətdən qurtula bilib. Fuad Bayramov bərabərlik qolunu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 39-a çatdıran “Sabah” lider “Qarabağ”dan 5 xal geri qalır. “Şamaxı” isə 12 xalla 7-cidir.

Digər Xəbərlər
Xəbər Lenti