Azərbaycan millisinin müdafiəçisi "Sabah"da ən çox…

1 Dekabr 2022 22:40 Sabah 355
Azərbaycan millisinin müdafiəçisi "Sabah"da ən çox…

Azərbaycan millisinin futbolçusu Amin Seydiyev "Sabah"ın tarixində ən çox matça çıxan oyunçu olub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi bunu "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XV tur oyununda bacarıb.

Paytaxt təmsilçisində 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, "Sabah"ın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.

Amin Seydiyev komandanın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi