"Bakı çox rahat, sakit guşələri olan yaşana bilən şəhərdir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Sabah”ın hücumçusu Coy-Lens Mikelsə məxsusdur.
Almaniyalı buradakı insanların istiqanlı olduğunu vurğulayıb:
“Bakının yalnız yolları çətin olur. Bakıda tıxacsız yaşamaq, demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün hər kəs taksidən istifadə edir.
Bakıdan məşq meydançasına qədər 15 kilometr üçün az qala dörd avro ödəyirəm. Azərbaycan və kiçik ailəm məni, həqiqətən də qucaqladı.
Bir arzum olsaydı, bütün ailəmə sağlamlıq diləyərdim. İdman baxımından yaxşı vaxt keçirməyə davam etmək istəyirəm.
Bu mövsüm beynəlxalq arenaya vəsiqə qazana bilərik".

