"Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı dərhal bitirə bilərəm"

28 Noyabr 2022 13:40 Sabah 652
"Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı dərhal bitirə bilərəm"

"Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı dərhal bitirə bilərəm.

Amma bu fikirlərin məni təsir altına salmasına imkan vermədim. Təklifi maraqlı və ekzotik hesab etdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"da çıxış edən Coy-Lens Mikels "Transfermarkt" portalına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidini xatırladıb:

"Öz-özümə düşündüm ki, peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etməyim? Xüsusən də, Konfrans Liqasında iştirak etmək şansım olacaq.

O vaxt hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi və demək olar ki, heç kim ingiliscə danışmırdı

. Almaniya və Niderlandla müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum.

Yalnız paytaxtın mərkəzində mənzilə köçəndən, yerli sakinlərlə real təmas qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi".

Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"