“Sabah”ın legioneri: “Siyahıya düşmək üçün əlimdən gələni edəcəm".

26 Noyabr 2022 09:00 Sabah 396
“Sabah”ın legioneri: “Siyahıya düşmək üçün əlimdən gələni edəcəm".

"Sabah"ın legioneri Aleksey Kaşuk Ukraynanın U-21 yığmasının təlim-məşq toplanışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, vinger Qoridə Gürcüstan millisinə qarşı keçirilmiş və 1:1 hesabı ilə başa çatan oyunu da şərh edib:

"Qol epizodunda yaxşı kombinasiya alındı. Şadam ki, qol vura bildik. Ancaq təəssüf ki, qalib gəlmədik. İnanıram ki, qələbələrimiz hələ qarşıdadır.

Ümumiyyətlə, vaxtın az olmasına və tamamilə yeni komanda qurulmasına baxmayaraq, toplanış kifayət qədər yaxşı və müsbət keçdi. Futbolçular öz işini yüz faiz yerinə yetirdi.

Hər bir futbolçu kimi mənim də Avropa çempionatında iştirak edəcək heyətdə yer almaq arzusundayam. Siyahıya düşmək üçün əlimdən gələni edəcəm".

Yayda U-21 yığma komandalarının Avropa çempionatı Rumıniya və Gürcüstanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!