“Rusiyadan bura futbolçu gətirmək çətindir, İspaniyadan yox” - Musayev şikayətləndi

21 Noyabr 2022 09:20 Sabah 893
“Rusiyadan bura futbolçu gətirmək çətindir, İspaniyadan yox” - Musayev şikayətləndi

“Rusiyalı futbolçuların çox yüksək maaşları var. Azərbaycana oradan kimisə gətirmək çətindir”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.

Gənc mütəxəssis Rusiya ilə müqayisədə İspaniyadan futbolçu transfer etməyin daha asan olduğunu düşünür:

“İspaniya Sequndasının hansısa yerindən müqayisə olunan səviyyəli oyunçunu götürmək daha asandır. Orada eyni səviyyəli oyunçular daha az maaş alırlar?

Əlbəttə. Rusiya futbolunun keyfiyyəti ispanlardan aşağıdır? Deməyəcəyəm ki, Rusiyada futbolun keyfiyyəti Sequndadan aşağıdır. Amma ümumən həyat ədalətsizdir”.

Murad Musayevin rəhbərlik etdiyi “Sabah” Premyer Liqanın 14 turundan sonra 35 xalla ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti