Seneqallı müdafiəçi "Qarabağ"ın qarşısına çıxdı və söylədi ki..."

20 Noyabr 2022 23:40 Sabah 3 703
Seneqallı müdafiəçi "Qarabağ"ın qarşısına çıxdı və söylədi ki..."

“Qarabağ” Azərbaycanın ən yaxşı futbol klublarındandır".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın müdafiəçisi Abdulaye Ba dilə gətirib.

Seneqallı müdafiəçi Premyer Liqanın 14-cü turunda üz-üzə gəldiyi liderlə oyun haqqında danışıb və belə matçın hər futbolçunun arzuldığını etiraf edib: "Bu komanda artıq illərdi ölkəni beynəlxalq arenada layiqincə təmsil edir. “Qarabağ”a qarşı son matçımız hər bir futbolçunun oynamaq istədiyi tərzdə qarşılaşma idi. Evdə oynayırdıq. Qalib gəlməsək də, fikrimcə, yaxşı oynadıq".

"Fənərbaxça", "Portu" kimi tanınmış klubların şərəfin qorumuş təcrübəli legioner stadiondakı ab-havadan da ağızdolusu danışıb: "Stadionda olan atmosfer isə əla idi. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verirdi. Hər həftə sonu bu cür atmosfer altında çıxış etmək əla olardı.".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!