Azərbaycan klubu bombardirlə 1+1 illik yeni müqavilə bağladı - VİDEO

16 Noyabr 2022 19:20 Sabah 899
Azərbaycan klubu bombardirlə 1+1 illik yeni müqavilə bağladı - VİDEO

“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb.

Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb.

Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!